Kralın xanımının doğum günü ilə bağlı qərarı narazılıq yaratdı | Eurasia Diary - ednews.net

5 İyul,


Kralın xanımının doğum günü ilə bağlı qərarı narazılıq yaratdı

Dünya A- A A+

Tayland kralı Maha Vaçiralonqkorn xanımı Kraliça Suthidanın doğum günü üçün ölkə üzrə tədbirlər təşkil edilməsini tapşırıb.

EDNews.net "Milliyet”ə istinadən xəbər verir ki, bununla bağlı Tayland Daxili İşlər Nazirliyi ölkənin bütün əyalətlərinin qubernatorlarına kraliça Suthidanın ad günü üçün kütləvi tədbirlərin təşkili barədə təlimat verib. Kralın hazırda Almaniyada lüks oteldə qaldığı, xanımı Suthidanın isə İsveçrədə olduğu bildirilib.

Müvafiq qərar ölkədə narazılığa səbəb olub.

Qeyd edək ki, daha əvvəl Maha Vaçiralonqkornun Almaniyada 20 cariyəsi ilə bir lüks otelin 4-cü mərtəbəsini ayıraraq yerləşdiyi xəbəri yayılmışdı.

Xatırladaq ki, Taylandda bu günə qədər 3084 insan koronavirusa yoluxub, 58 nəfər həyatını itirib.(qafqazinfo)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...