ABŞ-dan sonra Fransa da etirazlar başladı - VİDEO | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


ABŞ-dan sonra Fransa da etirazlar başladı - VİDEO

Dünya A- A A+
ABŞ-dakı nümayişlərin ardınca Fransanın paytaxtı Parisi də etiraz aksiyası bürüyüb.
 
Fransızlar 2016-cı ildə polislərlə toqquşmada həyatını itirən qaradərili Adam Traorenin öldürülməsi ilə əlaqədar ədalətli istintaq aparılmasını tələb ediblər.
 
Aksiya iştirakçıları polis əməkdaşlarına daş parçaları və şüşə qablar atıb, bəzi küçələrdə zibil qablarından barrikadalar qurublar.
 
Qeyd edək ki, Minneapolisdə afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.
(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...