Koronavirusla mübarizə aparan Türkiyədə yeni xəstəlik yayıldı: ölənlər var | Eurasia Diary - ednews.net

2 İyul, Cümə axşamı


Koronavirusla mübarizə aparan Türkiyədə yeni xəstəlik yayıldı: ölənlər var

Dünya A- A A+

Koronavirusla fövqəladə mübarizə aparan Türkiyədə yeni xəstəlik baş qaldırıb.

EDNews.net  xəbər verir ki, ölkənin Sivas və Kayseri bölgələrində Krım-Konqo hemorragik qızdırması xəstəliyi yayılıb.

Belə ki, Yozqatda çobanlıq edən əfqan əsilli 22 yaşlı Rəhmətullah Qədiri gənə dişləyib. O, hemorragik qızdırma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Reanimasiyada müalicə alan xəstə bütün cəhdlərə rəğmən, dünyasını dəyişib.

Həmin bölgədə yaşayan 68 yaşlı Ömər Çəkərək də eyni simptomlarla dövlət xəstəxanasına aparılıb, lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Son rəqəmlərə görə, Türkiyədə 166 min 422 nəfər koronavirusa yoluxub, 4 min 609 nəfər dünyasını dəyişib.(Publika.az )

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...