Londonda Corc Floydun öldürülməsinə etiraz edənlər ayağa qalxdı - VİDEO | Eurasia Diary - ednews.net

2 İyul, Cümə axşamı


Londonda Corc Floydun öldürülməsinə etiraz edənlər ayağa qalxdı - VİDEO

Dünya A- A A+

ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsinə etiraz edən britaniyalılar Londonda hökumət, Xarici İşlər Nazirliyi və parlament binasının qarşısına toplanıblar.

EDNews.net  "Anadolu”-ya istinadən  xəbər verir ki, etirazçılarla polis arasında qarşıdurma yaranıb.
 
İnsanların polisi döyməsinin, yerə yıxılan asayiş keşikçilərinin görüntüləri yayılıb.
 
Etirazlarda "Qaradərililərin həyatı dəyərlidir”, "Ədalət yoxdursa, sülh də yoxdur”, "Britaniya günahsiz deyil” kimi şüarlar səslənib.
 
Aksiya davam edən zaman koronavirusla bağlı mətbuat konfransı keçirən Böyük Britaniya Baş naziri Boris Conson Corc Floydun matəmini saxladığını və baş verənlərdən dəhşətə gəldiyini deyib.
 
O, ABŞ Prezidenti Donald Trampa və digərlərinə "iqrçiliyə və zorakılığa aramızda yer yoxdur” mesajını ünvanlayıb.
 
Londonda şənbə və bazar günləri də etiraz aksiyalarının planlaşdırıldığı bildirilir.(xəzərxəbər)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...