ABŞ-da polis bu dəfə yaşlı kişini yerə sərdi - VİDEO | Eurasia Diary - ednews.net

3 İyul, Cümə


ABŞ-da polis bu dəfə yaşlı kişini yerə sərdi - VİDEO

Dünya A- A A+

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində polisin 75 yaşlı kişini yerə yıxması nəticəsində onun başı yarılıb.

EDNews.net  Hadisə Corc Floydun ölümünə etiraz olaraq, keçirilən aksiyada baş verib.

Videoda bir polisin əli, digərinin isə dəyənəyi ilə onlara doğru gələn yaşlı kişini yıxdıqları əks olunub. Qoca yerə yıxılandan sonra onun başından qan axmağa başlayır. Kişinin ciddi xəsarət almasına baxmayaraq, polis zabitləri ona, demək olar ki, fikir verməyərək,  yanından keçib gedirlər. Videoda həmçinin bir polisin həkimləri çağırdığı görüntülənib.

Bildirilib ki, videodakı ağdərili yaşlı kişinin kimliyi bəlli deyil.

Məlumata görə, insidentə səbəb olan 2 polis əməkdaşı işindən uzaqlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...