ABŞ-ın Los-Anceles şəhərində naməlum şəxs avomobildən piyadalara odlu silahdan atəş açıb.
EDNews.net xəbər verir ki, insident nəticəsində iki nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin onlardan biri xəstəxanada dünyasını dəyişib.
Bildirilir ki, insident şəhərin mərkəz hissəsində baş verib. Hazırda polislər hadisənin şahidlərini sorğu-sual edir, cinayətkarın axtarılşları davam etdirilir.