Kanadanın baş naziri öldürülən afroamerikalı üçün diz çökdü - VİDEO | Eurasia Diary - ednews.net

5 İyul,


Kanadanın baş naziri öldürülən afroamerikalı üçün diz çökdü - VİDEO

Dünya A- A A+

Kanadanın Baş Naziri Castin Tryudo ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun xatirəsini diz çökərək yad edib.

EDNews.net xəbər verir ki, o, bu addımı Ottava şəhərində fəalların təşkil etdiyi aksiya zamanı atıb. Məlumata görə, Tryudo mitinq başlayandan bir saat sonra mühafizəçilərilə birgə etirazçılara qoşulub.

Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd polis tərəfindən boğularaq öldürülüb. Buna etiraz olaraq ölkənin müxtəlif yerlərində aksiyalar başlayıb. Hökumət bir çox ştatlarda komendant saatı elan edib.(qafqazinfo)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...