OPEC+ nazirləri neft hasilatının azaldılmasına dair razılığa gəldilər | Eurasia Diary - ednews.net

3 İyul, Cümə


OPEC+ nazirləri neft hasilatının azaldılmasına dair razılığa gəldilər

Dünya A- A A+
“OPEC plus” ölkələri nazirlərinin videokonfrans formatında keçirilən iclası yekunlaşıb. EDNews.net “TASS”a istinadən xəbər verir ki, iclas planlaşdırıldığı kimi iki saat davam edib. OPEC+ ölkələri görüşdə hasilatın hazırkı səviyyədə azaldılmasının bir ay da uzadılması barədə razılığa gəliblər. Bundan başqa, OPEC+ sazişi çərçivəsində hasilatın azaldılması ilə bağlı may-iyun aylarındakı öhdəliyi yerinə yetirməyən İraq və Nigeriya azalmanı iyul-avqust aylarında əlavə kəsinti ilə kompensasiya edəcəklər.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...