Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan istefa verib.
Bu barədə “Sputnik Armeniya” agentliyi məlumat yayıb.
Yüksəkçinli hərbçinin istefa verməsinə səbəb Ermənistanda koronavirusla əlaqədar tətbiq edilən fövqəladə vəziyyətə baxmayaraq, övladının toy məclisində 100-ə yaxın qonağın və Müdafiə Nazirliyindən olan rəsmilərinin iştirakıdır.
A.Davtyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə 2018-ci il mayın 24-də təyin edilmişdi.
Qeyd edək ki, ekspertlər generalların istefasını sadəcə toy qalmaqalı ilə deyil, eyni zamanda, onların baş nazir Nikol Paşinyana qarşı reaksiyası kimi qiymətləndirirlər.