Ermənistan baş naziri Nikol Paşinyan istefa verən güc stukturu rəhbərlərinin yerinə növbəti təyinatlar edib.
EDNews.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, yeni Baş Qəraragah rəisi Onik Qasparyan təyin olunacaq.
Milli Təhlükəsizlik Xidmətinin yeni direktoru Arqişti Kərəmyan, yeni polis rəisi isə Vaqe Kazaryan təyin olunub.
Təyinatlar ölkə prezidenti Armen Sarkisyanın müvafiq sərəncamından sonra qüvvəyə minəcək.