Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan vəzifədən azad olunma barədə ərizə təqim edib. Qeyd edək ki, iyunun 7-dən başlayaraq Davtyanın oğlunun toyu haqqında məlumat Ermənistanda qızğın müzakirə olunur. Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan da bildirmişdi ki, müzakirələr olacaq və nəticələr haqqında məlumat verəcəklər.
Davtyan vəzifədən azad olunma ərizəsini iyunun 8-i səhər təqdim edib və təsdiqlənib, lakin Ermənistan Müdafiə Nazirliyində yayılmış məlumatlara əsasən, başqa bir şeydə də intriqa gedir.
Məsələ burasındadır ki, toy mərasimi keçirilən, Artak Davtyana məxsus olan Baqrevand mahalındakı ev bəyannamələrdə təqdim olunmayıb. Onun evi barədə aşkarlanma son damcı olub.
Əslində, bu aşkarlanmalardan sonra Artak Davtyana vəzifədən azad olunma haqqında ərizə təqdim etmək deyilib. Əlavə edək ki, Ermənistan komendantının qərarı ilə müəyyənləşdirilmiş qadağaya baxmayaraq, iyunun 7-də baş tutmuş Davtyanın oğlunun toyu izdihamlı olub.
İyunun 8-də Ermənistan Müdafiə naziri Davit Tonoyan sözügedən nəşrlərə cavab verib və qeyd edib ki, hər kəsin şəxsi həyat hüququ var.
“Bəzi insanları, KİV-ləri mənim və ailəmin şəxsi ərazisinə daxil olmamağa və məni siyasi oyunlara daxil etməyə çalışmamağa çağırıram”, - deyə öz açıqlamasında Davtyan qeyd edib.(ordu.az)