Ermənistanda dünən güc strukturlarında baş verən kəskin dəyişikliklərin səbəbləri bəlli olub.
EDNews.net xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Üç güc strukturu rəhbərinin eyni anda dəyişdirilməsinin müxalifətin birləşməsinə qarşı atılan addım olduğu vurğulanıb.
Belə ki, güc strukturlarının keçmiş rəhbərlərinin Paşinyanın rəqibləri, eləcə də Paşinyanın öz blokundakı deputatlar barədə yetərli kompromat toplaya bilmədiyinə görə istefaya göndərildiyi qeyd edilib.
Qeyd edək ki, dünən eyni anda polis, Milli Təhlükəsizlik Xidməti və Baş Qərargahın rəhbəri istefa ərizəsi yazıblar. Onların yerinə Paşinyan dərhal yeni namizədlər irəli sürüb.(axar.az)