Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin simptomlarını göstərməyən koronavirus daşıyıcılarının başqalarını yoluxdurmadığını bəyan etdi.
Bu fikri təşkilatın virusla mübarizə komandasının lideri doktor Mariya Van Kerhove səsləndirib. Kerhovenin açıqlaması dünya alimləri tərəfindən birmənalı qarşılanmayıb və ÜST öz bəyanatını geri çəkməli olub. Bununla dünyanın bir neçə ölkəsindən nüfuzlu elm adamları narazılqılarını elan ediblər.
The New York Times xəbər verir ki, Mariya Van Kerxove daha bir açıqlama verərək “əlimizdə olan məlumatlara əsasən deyə bilərik ki, simptomsuz daşıyıcı nadir hallarda infeksiyanı başqasına ötürə bilər” deyə qeyd edib. Əslində ÜST rəsmisi öncə də bu şəkildə açıqlama vermişdi, lakin nədənsə bu fikir çoxlarının maraqlarına uyğun olmayıb və xoşlarına gəlməyib.
Mariya Van Kerxove qeyd edib ki, zəif simptomları xəstəliyin simptomsuz gedişatı ilə qarışıq salmaq olmaz və ÜST rəsmiləri bu elmi terminləri bir –birindən ayırd edən ifadələr tapmalıdırlar.
Bu sözlər dərhal tənqidə tuş gəlib.Alimlər simptomsuz daşıyıcıların təhlükəsiz olmadığını iddia edərkən Kerxove öz açıqlamasını dəyişməli olub.
“XX əsrdə ilişib qalıblar. Xəstəliyin mikrodamlalarla yayıldığını bildikləri halda, gah maska lazımdır dedilər, gah lazım deyil dedilər. Dünən də açıqlama yayıb bu gün geri götürürlər, biz bu təşkilata necə inana bilərik?” -deyə The New York Times yazıb.(azerbaycan24.com)