İngiltərənin paytaxtı Londonda heykəlləri qorumaq iddiası ilə aksiya keçirən etirazçılar polislərə hücum edib.
EDNews.net xəbər verir ki, bir neçə qrupdan ibarət olan mindən çox etirazçı bu gün Parlament Meydanında və Baş Nazirliyin ətrafında qurulan polis barrikadasının girişində toplanıb.
Nazirliyin yerləşdiyi əraziyə girmək istəyən etirazçılar onlara maneə olan polislərin üzərinə şüşə və tənəkə qutular atıb. Bundan başqa iki jurnalistə də hücum ediblər.
Londonun Bələdiyə sədri Sadiq Xan bir radioya verdiyi açıqlamada "Etirazçılar heykəlləri qoruduqlarını söyləyirlər, ancaq bunun şiddətin başlanğıcı ola biləcəyini düşünürük" deyib.
Etirazçıların zorakılıq, vandalizm və irqçiliyə qarşı çıxma riski olduğu mövzusunda da ictimaiyyətə xəbərdarlıq edən Xan, Londonun mərkəzindən uzaq olmağı istəyib.(moderator.az)