Xəbər verdiyimiz kimi, BMT-nin Qlobal Sazişinin 20 illik yubileyi ilə əlaqədar Liderlər Zirvəsinin hökumət başçıları, eləcə də dünyanın aparıcı təşkilatlarını təmsil edən 15 mindən çox iştirakçının qatıldığı 2 günlük onlayn konfransı keçirilib.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT ECOSOC yanında Əsas Məşvərətçi statusuna malik beynəlxalq təşkilat və BMT-nin Qlobal Saziş ailəsinin üzvü olaraq, 190-dan çox ölkənin maraqlarını birləşdirən, dayanıqlı biznesin aparıcı liderlərindən ibarət elit qrupun tərkibinda olmaqdan şərəf duyur.
Bu il BMT-nin Qlobal Sazişinin Liderlər Zirvəsi, daha yaxşı bir dünya üçün bizneslərin birləşdirilməsinin 20-ci ildönümünü qeyd edir. 2020-ci il 15-16 İyun tarixlərində baş tutan Liderlər Zirvəsi, minlərlə lideri dünyanın üç əsas böhranı – səhiyyə, bərabərsizlik və iqlim böhranlarından daha yaxşı və güclü çıxmaq, birlikdə normala dönmək üçün dünya ölkələrinə və icmalarına necə dəstək olmağa qərar vermək üçün bir araya gətirir.
20 illik yubileyə həsr olunmuş Liderlər Zirvəsi, Biznes, Hökumət, Birləşmiş Millətlər Təşkilatı, Vətəndaş Cəmiyyəti və Akademiyadan olan aparıcı şəxsləri onlayn şəkildə toplayaraq hamını nəzərdə tutan, sosial ədalətli, az karbonlu və iqlim dəyişikliyinə davamlı dünyaya yol açmaq istiqamətində daha inkluziv iqtisadiyyatları və cəmiyyətləri yenidən qurmağın mümkünlüyünə dair 26 saatlıq müzakirələr keçirir.
ANTÓNIO GUTERRES, LISE KINGO, TEDROS ADHANOM GHEBREYESUS, ANGELA MERKEL, BAN KI-MOON və digərləri əsas məruzəçilər arasındadır!