Almaniyada Diakonie Xəstəxanasının Tibb üzrə direktoru, Ümumdünya İncəsənət və Elm Akademiyasının Qəyyumu Stefan Brunnhuber, tibbdəki kompleks yanaşmanın sağlamlığın və rifahın inkişafı baxımdan ən təsirli vasitə olduğunu bildirib. EDNews.net xəbər verir ki, o bunu Akademiyanın BMT-nin Cenevrə ofisi ilə birgə təşkil etdiyi vebinarında söyləyib.
Brunnhuber hesab edir ki, qərbdə tibb sahəsi kəskin xəstəliklərlə mübarizə aparmaq gücünə malikdir, lakin xroniki və streslə əlaqəli klinik vəziyyətlərdə insanın sağlamlığı və rifahı üçün əldə olunan nəticələr barədə məlumat azdır.
O bildirdi ki, Qərbdə empirik tibbin yalnız 50 faizi dərc olunub, buna görə, Qərb tibbi barədə həqiqi məlumatlar azlıq təşkil edir.
"Qərb tibbi reqressist və materialist yanaşmaya əsaslanır".
Həkimin sözlərinə görə, ənənəvi tibb laboratoriyalarda, cərrahiyyədə istifadə edilərək olduqca kəskin xarakter daşıyır. Xroniki stresslə əlaqəli vəziyyətlərdə ölüm nisbətinin infeksion xəstəliklərdən yüksək olması olduqca pis haldır.
"Bunun həlli qərb tibbinin nailiyyətlərini qəbul etməklə, lakin kompleks yanaşmaya keçərək daha çox inteqrasiya etdirməklə mümkündür".
Brunnhuber, insanın daxili və xarici hissələrini ehtiva edən kompleks yanaşmadan bəhs etdiyini dedi.
"Bu yolla biz ilk dəfə bəşər tibb tarixində planetdəki bütün tibbi sistemlərin müdrikliyinə, biliklərinə, bacarıqlarına və təcrübələrinə şahidlik edə və onlara nail ola bilərik", deyə tibb üzrə direktor strategiyanı açıqlayıb.