Çiçəklənən Ermənistan Partiyasının parlamentdəki “Sarukyan” fraksiyasının üzvü olan deputatlar qanunverici orqanın bugünkü iclasını boykot edərək zaldan çıxıblar.
EDNews.net “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, müxalif deputatlar partiya və fraksiya sədri Qaqik Sarukyanın qeyri-qanuni şəkildə deputat toxunulmazlığından məhrum edilməsinə etiraz olaraq bu addımı atıblar.
“Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası üçün söz və fikir azadlığı şüarları ilə toplananlar siyasi opponentlərin ağzını yummağa çalışırlar”, - fraksiyanın deputatı Arman Abovyan deyib.
Qeyd edək ki, Ermənistan parlamenti iyunun 16-da Q.Sarukyanın deputat toxunulmazlığını ləğv edib.(report)