BMT 2020-ci ildə Cənub-Şərqi Avropa və MDB-nin keçid iqtisadiyyatına malik ölkələrinə xarici investisiya qoyuluşunun 38% azalacağını proqnozlaşdırır.
"EDNews.net"in məlumatına görə, bu barədə qurumun Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilir.
"Koronavirus pandemiyası iqtisadiyyatı keçid dövrü yaşayan ölkələrdə tənəzzülə səbəb olub", - UNCTAD-ın İnvestisiya və sahibkarlıq üzrə bölməsinin direktoru Ceyms Çjan qeyd edib.
BMT bu il dünya üzrə xarici investisi qoyuluşunun isə 40% azalacağını gözləyir. Belə ki, bu rəqəmin ötənilki 1,5 trilyon ABŞ dollarından 1 trilyon ABŞ dollarına düşəcəyi proqnozlaşdırılır. Bu isə 2005-ci ildən bəri ən aşağı həddir. Proqnoza görə, 2021-ci ildə xarici investisiya axını daha 5-10% azalacaq və əvvəlki vəziyyətin bərpası 2022-ci ildən gec olmayaraq başlayacaq. (report)