Bəşəriyyətin 1 faizi didərgindir: BMT-nin Qaçqın Agentliyinin “Qlobal tendensiyalar” hesabatı

Dünya 10:58 18.06.2020

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK bu gün dünya ölkələrinə müraciət edir ki, milyonlarla qaçqın üçün və münaqişələr, təqiblər və ya ictimai asayişi ciddi şəkildə pozan hadisələr səbəbindən didərgin düşmüş digər insanlar üçün yaşayış yeri tapılmasında daha çox səy göstərsinlər. Bu gün açıqlanan hesabat göstərir ki, hazırda zorla didərgin salınma halları bəşəriyyətin 1 faizdən artıq hissəsini (hər 97 nəfərdən birini) əhatə edir və evlərini tərk edənlərin getdikcə daha az qismi evlərinə qayıda bilir.

20 iyun Ümumdünya Qaçqınlar Günündən iki gün öncə açıqlanan BMT QAK-ınQlobal tendensiyalar adlı illik hesabatı göstərir ki, 2019-cu ilin sonunadək misli görünməmiş sayda – 79,5 milyon insan didərgin düşüb. BMT QAK heç vaxt belə yüksək rəqəmin şahidi olmayıb.

Hesabatda həmçinin qeyd edilir ki, acınacaqlı talelərinə tezliklə son qoyulacağı ümidi ilə yaşayan qaçqınların qayıdış pespektivləri azalmışdır. 1990-cı illərdə hər il orta hesabla 1,5 milyon qaçqın evinə qayıda bilirdi. Son onillikdə bu rəqəm təxminən 390 minə enmişdir, bu isə o deməkdir ki, bu gün didərginlik hallarının artımı qayıdışların sayını xeyli üstələyir.

“Biz dəyişən reallığın şahidiyik, belə ki, bu gün zorla didərgin salınma halları nəinki geniş yayılıb, həm də sadəcə olaraq artıq qısamüddətli və müvəqqəti hal deyil”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib. “İnsanlar evlərinə qayıtmaq şanslarının və ya olduqları yerdə gələcəklərini qurmaq ümidlərinin olmadığı didərginlik durumunda uzun illər yaşaya bilməzlər. Yurdlarını tərk edənlərə münasibətdə bizim tamamilə yeni və daha genişqəlbli yanaşmamıza və eyni zamanda illərlə davam edən və bu cür geniş iztirabların kökündə duran münaqişələrin həllində daha çox qətiyyətlilik göstərməyimizə ehtiyac var”.

BMT QAK-ın “Qlobal tendensiyalar” adlı hesabatı göstərir ki, ötən ilin sonunadək didərgin düşmüş 79,5 milyon nəfərdən 45,7 milyonu öz ölkələri daxilində başqa ərazilərə köçənlər olub. Qalanları isə başqa ölkələrə köç edənlərdir, onlardan 4,2 milyonu sığınacaq üçün müraciətlərinin nəticəsini gözləyirlər, 29,6 milyonu isə qaçqınlar (26 milyon nəfər) və ölkəsindən zorla didərgin salınan digərləridir.

2018-ci ilin sonundakı 70,8 milyon rəqəmindən sonrakı illik artım iki əsas amilin nəticəsidir. Birinci amil 2019-cu ildəki yeni narahatedici didərginlik hallarıdır ki, bunlar da xüsusən Konqo Demokratik Respublikasında, həmçinin Sahel vilayətində, Yəməndə və Suriyada baş verib. Sonuncu münaqişə hazırda doqquzuncu ilinə daxil olub və 13,2 milyon qaçqın, sığınacaq axtaran və məcburi köçkün insanların yaranmasına səbəb olub ki, bu da dünyada didərgin insanların ümumi sayının altıda birini təşkil edir.

İkinci amilə ən yaxşı nümunə ölkə xaricindəki venesuelalıların vəziyyətidir. Belə ki, onların çoxu qaçqın və ya sığınacaq axtaran şəxs kimi qanuni qeydiyyata alınmayıblar, amma onların himayəsi üçün tədbirlərin görülməsi tələb olunur.

Bütün bu rəqəmlərin arxasında çoxlu sayda insanların şəxsi böhran vəziyyətində olması dayanır. Didərginlərin arasında çoxlu uşaqlar (təxminən 30-34 milyon nəfər, onların arasında da on minlərlə müşayiət olunmayanlar) vardır ki, onların da sayı, məsələn, bütövlükdə Avstraliya, Danimarka və Monqolustan əhalisinin sayından çoxdur. Eyni zamanda, bu insanlar arasında yaşı 60 və daha yuxarı olan insanların (4%) faiz nisbəti dünyanın bu yaşda olan əhalisinin faiz nisbətindən (12%) xeyli aşağıdır – bu statistika onların ölçüyəgəlməz kədərindən, ümidsizliyindən, qurban durumundan və sevdikləri insanlardan ayrı düşmələrindən xəbər verir.

Zorla didərgin salınma barədə bilməli olduğunuz 9 məlumat

- Son onillikdə ən azı 100 milyon insan öz ölkələrinin daxilində və ya xaricində sığınacaq axtarmaq üçün evlərini tərk etməyə məcbur olublar. Bu, dünyada əhalisinin sayına görə 14-cü ölkə olan Misirin əhalisinin ümumi sayından çoxdur.

- Zorla didərgin salınma halları 2010-cu ildən bəri iki dəfə artıb (o vaxt didərginlər 41 milyon nəfər idi, indi isə 79,5 milyon nəfərdir).

- Dünyadakı didərgin insanların 80 faizi kəskin ərzaq çatışmazlığının və yetərincə qidalanmama hallarının olduğu ölkələrdə və ya ərazilərdədir – onların çoxu əlverişsiz iqlim və təbii fəlakət riski ilə üzləşən ölkələrdir.

- Dünyada qaçqınların dörddə üçündən çoxu (77%) uzunmüddətli didərginlik durumundadırlar – məsələn, Əfqanıstanda bu cür durum hazırda beşinci onilliyinə daxil olub.

- Hər 10 qaçqının səkkizindən çoxu (85%) inkişaf etməkdə olan ölkələrdədir, adətən bu ölkələr onların tərk etdiyi ölkələrin qonşuluğunda yerləşir.

- Öz ölkələrinin sərhədlərini keçmiş insanların üçdə ikisi beş ölkədəndir: Suriya, Venesuela, Əfqanıstan, Cənubi Sudan və Myanmar.

- “Qlobal tendensiyalar” hesabatı köçkün və qaçqın əhalinin bütün əsas kateqoriyalarını əhatə edir, buraya həmçinin Birləşmiş Millətlər Təşkilatının Fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə agentliyinin himayəsi altında olan 5,6 milyon fələstinli qaçqın daxildir.

- Şəhər və qəsəbələrdə didərginlik halları geniş yayılıb. Ölkə daxilində köçkün düşmüş insanların üçdə ikisi, əldə olan məlumatlara görə, 2019-cu ildə şəhərlərdə və ya şəhər tipli yaşayış məntəqələrində olanlardır. 

- 2030-cu il üçün dayanıqlı inkişaf gündəliyinə daxil edilmiş “heç kəs diqqətdən kənarda qalmamalıdır” öhdəliyi, BMT-nin Statistika Komissiyasının bu ilin martında təsdiq etdiyi qaçqınlar üzrə yeni indikator sayəsində, hazırda birmənalı olaraq qaçqınları əhatə edir.


İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
Hamısı