Avropa İttifaqı (Aİ) üzv ölkələrlə birlikdə, pandemiyada ciddi böhran keçirən ölkələri dəstəkləmək üçün səfərbər olmağı bacardı”. EDNews.net xəbər verir ki, bunu Avropa Komissiyasının Azərbaycan, Belasrus, Ermənistan və Şərq Tərəfdaşlığı bölməsinin sədr müavini Jeroen Willems 17 iyunda keçirilən onlayn vebinar zamanı deyib.
Qeyd edək ki, "3 DCFTAs" Layihəsi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu və Ukraynanın Brüsseldəki Beyin Mərkəzləri Ofisiylə əməkdaşlığı və AB-nin dəstəyi ilə "COVİD-19 pandemiyasının Şərq Tərəfdaşlığı ölkələrinə iqtisadi və sosial təsiri" adlı onlayn veb-seminar təşkil edib”.
O, pandemiya dövründə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinə göstərdiyi yardımlar haqqında geniş fikir söyləyib. O, bildirib ki, Aİ üzv ölkələrlə birlikdə Şərq Tərəfdaşlığı ölkələrinə 1 milyard avroya yaxın qrant yardımı ayırmışdır:
"AB, reanimasiya şöbələrini gücləndirmək, fərdi qoruyucu vasitələr, tənəffüs sistemləri və s. tədarükündə ölkələrə kömək edir. Aİ təxirəsalınmaz tədbirlər üçün 80 milyon avro ayırıb".
Williams, dəstək paketlərinin 3 elementini sadaladı. Buraya Kiçik və Orta Müəssisələrə, dövlət sektoruna və vətəndaş cəmiyyətinə dəstək daxildir:
“Bundan əlavə, Şərq tərəfdaşlığının seçilmiş qrupuna makro maliyyə yardımı ilə bağlı kredit də nəzərdə tutulub. Ölkələrə ayaqda qalmaları üçün 1.5 milyard avroya yaxın kredit verilib. Yardım paketlərinin həcmi əsas ehtiyaclara əsaslanır. İkitərəfli paketlər üçün rəqəmlər arasında fərqlər mövcuddur. Ancaq bir çox proqramlar siyasi deyil, Kiçik və Orta Müəssisələrə, vətəndaş cəmiyyətlərinə dəstək proqramlarında olduğu kimi regional xarakter daşıyır ", o deyib.