Türkiyədə yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar tibbi maskadan istifadə etməyənlər cərimə ediləcək.
EDNews.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Türkiyənin 81 şəhər valiliyinə göndərilən təlimatda infeksiyanın yayılmasının qarşısının alınmasında sosial məsafəyə, gigiyenik qaydalara riayət olunması və tibbi maskadan istifadə edilməsinin son dərəcə əhəmiyyətli olduğu vurğulanıb.