Dünyada COVID-19-a yoluxma nəticəsində ölüm hallarının ümumi sayı 460 691 pasiyent təşkil edir.
EDNews.net xəbər verir ki, bu barədə “Worldometers.info” saytında yerləşdirilən statistik məlumatda deyilir.
Hazırda virusa yoluxmuş 54 726 pasiyent ağır vəziyyətdədir.
ABŞ dünyada koronavirusa ən çox yoluxma və virusdan ölüm hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 2 288 941 nəfər yoluxub, 121 289 nəfər pandemiyanın qurbanı olub.
Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 1 009 699 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub. Müalicə alan 48 427 pasiyent vəfat edib.
Şimal qonşumuz Rusiyada da virusa yoluxma yüksəkdir. Bu ölkədə 596 063 nəfər COVID-19 daşıyıcısı kimi qeydə alınıb.
Siyahıda dördüncü yerdə 395 812 yoluxma ilə Hindistan, beşinci yerdə 301 815 virus daşıyıcısı ilə Böyük Britaniya qərarlaşıb.