Beynəlxalq Valyuta Fondu 2020-ci ildə dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını daha da bədbin edib.
EDNews.net xarici KİV-ə istinadən xəbər verir ki, iqtisadi geriləmə öncədən deyildiyi kimi 3% deyil, 4,9% səviyyəsində olacaq.
Bundan başqa, Rusiyada Ümumi Daxili Məhsul istehsalı 6,6% deyil, 5,5% səviyyəsində olacaq. ABŞ iqtisadiyyatı öncədən proqnozlaşdırıldığı kimi 5,9% deyil, 8 % geriləyəcək.
Avropa Birliyi 10,2% geriləyəcək, Çin iqtisadiyyatı 1% artacaq. 2020-ci ildə neftin orta qiyməti isə 1 barrel üçün 36,18 dollar təşkil edəcək.(modern.az)