Hindistan Çinlə sərhəddə yeni müdafiə sistemləri yığır | Eurasia Diary - ednews.net

7 İyul, Çərşənbə axşamı


Hindistan Çinlə sərhəddə yeni müdafiə sistemləri yığır

Dünya A- A A+

Hindistan Çinlə yaşanan son gərginlikdən sonra Himalay dağlarında yerləşən Ladakx bölgəsinin müdafiəsini gücləndirməyə başlayıb.

EDNews.net "Times of İndia"ya istinadən xəbər verir ki, Çin qırıcı təyyarələri və helikopterlərinin yaratdığı problemin qarşısını almaq üçün Hindistanın müdafiə sistemləri bölgəyə yerləşdirilib.

Hindistanın orta mənzilli raket sistemi "Akaş"ı Çinlə sərhədə yerləşdirdiyi bildirilib.

Qeyd edək ki, ötən həftə Hindistan Ladakx bölgəsində yerləşdirdiyi “Apaçi” vertolyotları və qırıcılarının sayını artırmışdı. Əraziyə həmçinin Su-30 MKİ, MiQ-29 və "Yaquar"lar da göndərilmişdi.(modern.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...