“Belarusu itirmək Rusiyanın daxili siyasətinə ən güclü zərbədir” - Lukaşenko | Eurasia Diary - ednews.net

14 İyul, Çərşənbə axşamı


“Belarusu itirmək Rusiyanın daxili siyasətinə ən güclü zərbədir” - Lukaşenko

Dünya A- A A+

“Rusiya Belarusu ya iqtisadi, ya da siyasi baxımdan itirmək istəmir. Çünki Minsk Moskva üçün yeganə müttəfiqdir”.

EDNews.net xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk bölgəsinin nümayəndələrilə görüşündə deyib.

“Belarus 1” telekanalında yayımlanan görüşdə Belarus prezidenti bildirib ki, Rusiya ilə qalan yeganə müttəfiq Belarus idi: "Rusiya Prezidenti Vladimir Putinə tez-tez belə deyirdim: "Mən sizi başa düşürəm, Belarusu itirə bilməzsiniz. Belarusu xilas edə də bilməzsiniz. Niyə? Çünki Rusiyanı marjinal bazarlardan sıxışdırma prosesi başlayıb”. 

Lukaşenko əlavə edib ki, ölkəsi Almaniyadan sonra Rusiyanın ikinci qaz alıcısıdır və böyük həcmdə nefti emal edir: “Əlbəttə ki, Rusiya Belarusu iqtisadi cəhətdən itirmək istəmir. Ən başlıcası isə siyasi baxımdan”.

Belarus prezidenti onu da vurğulayıb ki, Belarusun itirilməsi Rusiyanın daxili siyasətinə ən güclü zərbədir.(apa)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...