Putin şəxsən seçkidə iştirak edəcək | Eurasia Diary - ednews.net

13 İyul, Bazar ertəsi


Putin şəxsən seçkidə iştirak edəcək

Dünya A- A A+

Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı səsvermədə bir başa seçki məntəqəsinə baş çəkərək iştirak edəcək.

EDNews.net “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov açıqlama verib: “Prezident şəxsən seçkidə iştirak edərək səs verəcək. Nə vaxt və necə - o barədə sizə məlumat verəcəyik”.

Putinin səsvermə zamanı maskadan istifadə edib-etməyəcəyinə dair sualı cavablandıran Peskov “Prezident seçkilərdə özünün və başqalarının sağlamlığına təhlükə yaratmayacaq şəkildə iştirak edəcək”,- deyə bildirib.

Qeyd edək ki, Rusiyada Konstitusiyaya ediləcək dəyişiklər üzrə iyunun 25-dən etibarən başlayan ümümxalq səsverməsi iyulun 1-nə qədər davam edəcək.(qafqazinfo)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...