İsrail və ABŞ səfirləri Vatikana çağırıldı... | Eurasia Diary - ednews.net

10 Avqust, Bazar ertəsi


İsrail və ABŞ səfirləri Vatikana çağırıldı...

Dünya A- A A+
Vatikanın Dövlət katibi, kardinal Pietro Parolin İsrailin Yəhuda və Samariya ərazilərinin bir hissəsini ilhaq etmək planını müzakirə etmək üçün İsrail və ABŞ  səfirlərini müzakirəyə çağırıb. 
 
Moderator.az xəbər verir ki, bu haqda informasiyanı iyulun 2-də İsrailin “Ynet” saytı açıqlayıb.
 
Müqəddəs Taxt-Tacın Dövlət katibi Kardinal Pietro Parolin İsrailin belə bir planının nəticələrindən narahatlığını ifadə edib.  
 
“Birtərəfli addımlar Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli perspektivlərini təhlükə altına qoyur və eyni zamanda Yaxın Şərq regionunda stabilliyi poza bilər” –deyə Vatikan rəsmisi bildirib.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...