Zaxarovadan NATO-ya cavab: - “Rusiya heç vaxt “Taliban”a silah verməyib” | Eurasia Diary - ednews.net

15 Avqust, Şənbə


Zaxarovadan NATO-ya cavab: - “Rusiya heç vaxt “Taliban”a silah verməyib”

Dünya A- A A+

“Rusiya heç vaxt radikal “Taliban” hərəkatına silah verməyib”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, ölkəsinin yalnız qanuni Əfqanıstan hökumətinə silah verdiyini açıqlayıb.

“Rusiya ancaq Əfqanıstanın qanuni hökumətinə silah verib. Bu, yaxşı məlumdur. ABŞ Dövlət katibinin rusiyalı həmkarı ilə təmasları haqqında da demək istəyirəm ki, yoldaş Pompeo Lavrovla görüşü zamanı bir dəfə də olsun “Taliban”a silah tədarükü məsələsinə son qoyulması məsələsini qaldırmayıb”, – deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanın Əfqanıstanda ABŞ-a qarşı çıxdığını bəyan edib və rəsmi Moskvanı taliblərə silah satmaqda ittiham edib. (apa)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...