Türkiyədə fabrikdə güclü partlayış: - Ərdoğan göstəriş verdi - VİDEO | Eurasia Diary - ednews.net

4 Avqust, Çərşənbə axşamı


Türkiyədə fabrikdə güclü partlayış: - Ərdoğan göstəriş verdi - VİDEO

Dünya A- A A+

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda fişəng istehsalı fabrikində partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb.

Sondakika.com xəbər verir ki, başvermə səbəbi məlum olmayan partlayışın səsi 50 kilometr məsafədən eşidilib.

İnsanlar zəlzələ baş verdiyini hesab edərək, küçələrə axışıblar.

Əraziyə çox sayda tibb işçisi və yanğınsöndürən cəlb edilib.

150-200 işçinin fabrikdə olduğu bildirilir. Yaxınlıqda yaşayan insanlardan əraziyə gəlməmələri xahiş edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca və Ailə, Çalışma və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Selçuk hadisə yerinə gediblər.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...