Özbəklər Rusiya-Qazaxıstan sərhədində toplaşdı | Eurasia Diary - ednews.net

8 Avqust, Şənbə


Özbəklər Rusiya-Qazaxıstan sərhədində toplaşdı

Dünya A- A A+

Rusiya-Qazaxıstan sərhədindəki “Maştakovo” və “Saqarçin” keçid məntəqələrinin yaxınlığında yenidən Özbəkistan vətəndaşlarının toplaşması müşahidə olunur. EDNews.net xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-dən bildirilib ki, Özbəkistanın Moskva və Nur-Sultandakı Səfirlikləri, Kazan və Aktauda Baş Konsulluğu vəziyyəti nəzarətdə saxlayır, Rusiya və Qazaxıstanın səlahiyyətli orqanları ilə danışıqlar aparılır. Vəziyyət barədə məlumat Xüsusi Respublika Komissiyasına təqdim edilib.

Nazirliyin məlumatına görə, iyunun 1-dən etibarən Rusiyanın müxtəlif şəhərlərindən 25 çarter reysi təşkil edilib  və bu həftənin sonunadək Novosibirsk, Kazan, Yekaterinburq, Moskva və Rostov-Don şəhərlərinə müntəzəm uçuşlar gözlənilir.

“Bununla əlaqədar olaraq, Rusiya ərazisindəki həmvətənlərimizdən Rusiya-Qazaxıstan dövlətlərarası sərhədi keçid məntəqələrinə getməyə cəhd göstərməmələrini, mövcud yaşayış yerlərində qalmalarını və bütün karantin tədbirlərinə ciddi əməl etmələrini xahiş edirik”, -deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bundan öncə də Samara və Orenburq bölgələrində bir neçə yüz Özbəkistan vətəndaşı toplaşmışdı. Rusiyanın müxtəlif bölgələrindən gələn insanlar vətənlərinə qayıtmaq üçün Qazaxıstan ərazisindən dəhliz yaratmağı tələb etmişdilər. Bununla əlaqədar olaraq, Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya və Qazaxıstanın səlahiyyətli orqanları ilə birlikdə 1500-dən çox soydaşın avtobusla vətənlərinə gətirilməsini  təşkil etmişdi.(qafqazinfo)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...