Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edildi | Eurasia Diary - ednews.net

10 Avqust, Bazar ertəsi


Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edildi

Dünya A- A A+

Türkiyə məhkəməsi iyunun 10-da Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib.

EDNews.net xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, 1934-cü il noyabrın 24-də Türkiyə Nazirlər Kabineti Ayasofyanın muzey kimi fəaliyyət göstərməsi haqqında qərar çıxarıb. Məhkəmə hökumətin bu qərarını ləğv edib.

Ölkənin Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Agentliyi bu qərarın ləğv olunması üçün 2005-ci ildə məhkəməyə şikayət etmişdi.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...