Bu gün Bosniya və Herseqovinanın sakinləri 1995-ci il iyulun 11-də Srebrenitsada qəddarcasına öldürülmüş 8 mindən artıq müsəlmanın xatirəsini yad edir.
1995-ci ildǝ Srebrenitsada törǝdilǝn soyqırımdan qurtulmaq istǝyǝn bosniyalıların Tuzlaya getmǝk üçün istifadǝ etdiklǝri marşrutda keçirilǝn ‘‘Sülh yürüşü’’ Potaçari memorial qǝbristanlığında sona çatıb.
Soyqırımın 25-ci ildönümündǝ keçirilǝn yürüşǝ bu il yeni növ koronavirus epidemiyası sǝbǝbindǝn 400 nǝfǝr qatılıb. Yürüşdǝ iştirak edǝnlǝri qǝbristanlıq yaxınlığında srebrenitsalı analar qarşılayıb.
Bu il 16-sı tǝşkil edilǝn ‘‘Sülh yürüşü’’nǝ qatılan yüzlǝrlǝ adam Potaçari qǝbristanlığına daxil olaraq soyqırım qurbanları üçün dua ediblǝr.
Qeyd edək ki, Srebrenitsa soyqırımı İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük humanitar fəlakət hesab olunur. 1993-cü ilin aprelində BMT Təhlükəsizlik Şurası Srebrenitsanı “təhlükə zonası” elan edib. Ancaq bununla kütləvi qətllərin qarşısını almaq mümkün olmayıb. Şəhər 11 iyul 1995-ci ildə Radko Mladiçin başçılıq etdiyi Bosniya serbləri ordusu tərəfindən tutulub. Mladiç sonradan Beynəlxalq Haaqa Tribunalı tərəfindən soyqırımı (genosid) və insanlıq əleyhinə cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilib.
Dinc Bosniya müsəlmanları BMT-nin Niderlanddan olan sülhməramlılarına güvənsələr də, sonuncular onları serblərə satmışdılar. Beləliklə, 8 mindən çox bosniyalı gizləndikləri meşələrdə, iş yerlərində, evlərində məhv edilmişdi. Onlar kütləvi məzarlıqda dəfn edilib.