İraqın paytaxtı Bağdad şəhərinin cənubunda Sakr hərbi bazasında bir neçə partlayış baş verib.
EDNews.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayışa ekstremal istilərin və döyüş sursatlarının düzgün saxlanılmaması səbəb göstərilir. Partlayış zamanı xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, artıq bir neçə gündür ki, Bağdadda temperatur 50 dərəcəyədək yüksəlir.