Sudanın Qərbi Daruf əyalətində silahlı hücum nəticəsində az 60 nəfər ölüb, daha 75 nəfər yaralanıb.
EDNews.net Modern.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə idarəsindən xəbər verilib.
Hadisə iyulun 25-də Qərb Darfurun Masteri kəndində baş verib. Hücumu 500-ə yaxın silahlı həyata keçirib. Yerli sakinlərin evləri və yerli bazar yandırılıb.
Basqın 19-26 iyul tarixlərində Darfurda baş verən silsilə silahlı hücumlarının yeddincisi olub.
Xatırladaq ki, Darfurda vətəndaş müharibəsi 2003-cü ildə "Sudan Azadlıq Hərəkatı" və "Ədalət və Bərabərlik Hərəkatı" tərəflərindən bölgənin "iqtisadi marginallaşmasına" etiraz olaraq hakimiyyətə qarşı qaldırdıqları üsyandan sonra başlayıb.