Türkiyədə əsgərləri daşıyan avtobus qəzaya uğrayıb.
EDNews.net xəbər verir ki, Mersin şəhərinin Mut rayonunda Şimali Kiprə gedəcək əsgərləri daşıyan avtobus yolda idarəetməni itirərək aşıb.
İlkin məlumata görə, qəza zamanı 5 əsgər həyatını itirib, 10-u isə yaralandığı qeyd olunub.
Türkiyədə əsgərləri daşıyan avtobusun sürücüsü də həyatını itirib və bununla da ölənlərin sayı 6-ya yüksəlib.
Məlumata görə, 27 nəfər də yaralanıb. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir. Yaralılar Mut dövlət xəstəxanasına çatdırılıb. (axar.az)