Ceyhun Bayramov Fələstin səfiri ilə görüşüb

Dünya 23:41 27.07.2020
Xarici İşlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı ölkəmizdəki diplomatik korpusun duayeni qismində qəbul edib.
 
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. 
 
Nazir Ceyhun Bayramov Azərbaycan və Fələstin Dövləti arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, bu əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
 
İki tərəf arasında bugünədək həyata keçirilən qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub. Hər iki tərəfin beynəlxalq müstəvidə nümayiş etdirdiyi qarşılıqlı dəstək Nazir tərəfindən vurğulanıb.
 
Səfir Nasir Əbdülkərim Əbdürrəhman səmimi qəbula görə təşəkkürünü ifadə edərək Fələstin Dövlətinin Xarici İşlər Nazirinin Ceyhun Bayramovun təyinatı münasibətilə təbrik etdiyini və Nazirə Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə təmin olunması naminə fəaliyyətində uğurlar arzuladığını qeyd edib.
 
Səfir Azərbaycandakı diplomatik korpusun fəaliyyətində Xarici İşlər Nazirliyinin hər zaman əməkdaşlıq və əlaqələndirmə nümayiş etdirdiyini məmnunluqla bildirib.
 
İkitərəfli münasibətlərə toxunan səfir, iki xalq arasında qardaşlıq bağları olduğunu, ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə dayandığını qeyd edib.
 
O, Fələstinin Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirilməsi mövqeyindən çıxış etdiyini bildirib. Həmçinin Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
 
Daha sonra səfir 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribatı nəticəsində həlak olmuş şəhidlərin ailələrinə başsağlığı verdi.
 
Öz növbəsində, nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış şəkildə Azərbaycan-Ermənistan sərhədində törətdiyi növbəti hərbi təxribat və hazırda bölgədəki vəziyyət barədə həmsöhbətini məlumatlandırıb. Ermənistan tərəfinin bu təxribatla heç bir məqsədinə nail olmadığını, əksinə özünün təcavüzkar mahiyyətini bir daha nümayiş etdirdiyini və beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə növbəti dəfə üzləşdiyi vurğuladı. Bölgədəki gərginliyin kökündə məhz Ermənistan Respublikasının təcavüzkar siyasəti olduğunu qeyd edən nazir Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinin aradan qaldırılmasının zəruriliyini və münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqların da məhz bu məqsədə qulluq etməli olduğunu bildirib. Azərbaycanın mahiyyət üzrə aparılan və nəticəyə yönəlik danışıqları tələb etdiyini və danışıqlarda sadəcə danışıq aparılması naminə iştirak edilmədiyi nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Hamısı