İran cənubunda İnqilab Keşikçiləri Qvardiyası “Uca peyğəmbər 14” adlı hərbi təlim keçirir.
EDNews.net “Report”a istinadən xəbər verir ki, bu barədə İran xəbər agentliyi “Mehr” məlumat yayıb. Hərbi tədbirlə bağlı qvardiya açıqlama yayıb.
Hərbi təlimin sonuncu mərhələsi “Ya Əli bin Abu Talib” adlanır. Bu mərhələ iyulun 28-də başlayıb.
Tədbirdə İranın elan etdiyi yeni texnika sınaqdan çıxarılır.
Təlimlər İranın Hürmüzqan əyaləti, Hürmüz boğazı və körfəzdə keçirilir.