“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi “GÜCÜMÜZ BİRLİYİMİZDİR!” adlı layihə çərcivəsində Xaçmazda yaşayan aztəminatlı ailələrə birdəfəlik ərzaq yardımı göstərəcəkdir. - FOTOLAR | Eurasia Diary - ednews.net

7 Avqust, Cümə


“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi “GÜCÜMÜZ BİRLİYİMİZDİR!” adlı layihə çərcivəsində Xaçmazda yaşayan aztəminatlı ailələrə birdəfəlik ərzaq yardımı göstərəcəkdir. - FOTOLAR

Dünya A- A A+
Heç şübhəsiz 2020-ci il bütün dünya üçün bir sınaq ili olaraq yaddaşlarda qalacaq. Çünki bəşəriyyət sürətlə yayılan, qarşısı alınmaz bir xəstəliklə üzləşərək çətin vəziyyətə düşdü. Dünyanın ən inkişaf etmiş ölkələri belə koronavirus epidemiyasının qarşısında aciz qaldı. Vətəndaşların sağlamlıqları ilə yanaşı, həm də ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərən COVID-19-la mübarizədə Prezident İlham Əliyevin başçılığı ilə dövlətimiz tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Bu epidemiya ilə mübarizə hələ də davam etməkdədir.
COVİD-19 pandemiyasına qarşı fəal mübarizə aparılmaqla yanaşı, geniş miqyaslı sosial dəstək tədbirlərinin də həyata keçirilməsi zərurəti yaranmışdır. Belə ki, dövlətimiz sosial rifaha dəstək istiqamətində apardığı məqsədyönlü siyasətə vətəndaş cəmiyyəti inistutları da aktiv qoşulmalı və aztəminatlı ailələrə birdəfəlik yardımlar göstərməlidirlər. Elə bu məqsədlə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “GÜCÜMÜZ BİRLİYİMİZDİR! Koronavirus (COVID-19) pandemiyası dövründə aztəminatlı ailələrə birdəfəlik yardımın göstərilməsi” adlı layihə çərcivəsində işlərini davam etdirir. Layihə 2 ay ərzində şimal bölgəsi üzrə, Xaçmaz rayonu və ətraf kəndləri əhatə etməkdədir. Layihənin əsas məqsədi isə postpandemiya dövründə insanları düzgün şəkildə maarifləndirmək və gigiyenik qaydalara əməl olunmasının vacibliyini çatdırmaqdır. Eyni zamanda Xaçmaz rayonu ərazisində yaşayan ehtiyacı olan aztəminatlı ailələrə birdəfəlik ərzaq yardımın göstərilməsidir.
1

1

1

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...