Rusiyanın Sankt-Peterburq şəhərində Malaya Balkanskaya küçəsində yerləşən “Kupçinskaya” yük stansiyası yaxınlığında dəmiryolu qəzası baş verib.
APA “spbdnevnik.ru”ya istinadən xəbər verir ki, 2 lokomotivin və 1 yük qatarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Şəhər Təcili Yardım Stansiyasından bildirilib ki, yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, digəri – qapalı kəllə-beyin travması alan Djanelidze soyadlı stansiya işçisi tibbi yardımdan imtina edib.
Bildirilib ki, qəza nəticəsində üç lokomotiv və qoşquda olan boş yük vaqonu, eləcə də dəmiryolu xətti sıradan çıxıb.
Hadisə yerinə 20 xilasedici və 5 texnika göndərilib.
“Oktyabrskaya” Dəmiryolu İdarəsinin mətbuat xidməti hadisənin sərnişin qatarlarının hərəkətinə mənfi təsir göstərməyəcəyini bildirib.