Peyk görüntüləri Şimali Koreyanın Yonben nüvə kompleksində uranın zənginləşdirilməsi ilə bağlı olan fəaliyyətlərini davam etdirdiyini göstərib.
EDNews.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “38 North” portalı məlumat yayıb.
Portaldan bildirilib ki, iyulun 8-də çəkilmiş peyk görüntülərində əraziyə yeni gətirilmiş dəmiryolu vaqonları müşahidə olunub. 11-14 iyul tarixlərində isə bölgədə qoşqulu sistern müəyyən edilib.
Yazının müəllifi, həmçinin, kompleksin daxilindəki binalarda yenidənqurma işlərinin aparıldığını vurğulayıb.