Türkiyədə sosial şəbəkələr nəzarət altına alınır | Eurasia Diary - ednews.net

7 Avqust, Cümə


Türkiyədə sosial şəbəkələr nəzarət altına alınır

Dünya A- A A+

Türkiyə parlamenti sosial şəbəkələrin tənzimlənməsi haqqında qanun qəbul edib.

Bu barədə EDNews.net Unikal.org-a istinadən xəbər verir.

Hakim Ədalət və İnkişaf partiyasının parlament fraksiyasının rəhbəri Özləm Zenginin sözlərinə əsasən, 1 milyondan artıq abunəçisi olan istifadəçilərin Türkiyədə bu ölkənin vətəndaşı olan nümayəndəsi olmalıdır.

Bundan savayı, hakimiyyətin təhqiredici və ya böhtan hesab etdiyi paylaşımlar 48 saat ərzində silinməlidir. Əks təqdirdə istifadəçini cərimə, yaxud trafikin azaldılması gözləyir.

Qanunlayihəsinə əsasən, şirkətlər Türkiyədə yaşayan və bu ölkənin vətəndaşı olan bütün müştərilərinin məlumatlarını saxlamalıdırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...