Türkiyədə yol qəzasında 2 polis əməkdaşı ölüb.
EDNews.net APA-ya istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyin məlumat yayıb. Agentliyin yaydığı məlumata görə yol qəzası Hakkaridə baş verib.
Belə ki, İranla sərhəddə yerləşən bazadan qayıdan zirehli avtomobil aşıb. Qəza nəticəsində 2 polis əməkdaşı həyatını itirib.
Qəza ilə bağlı araşdırma aparılır.