Belarusda prezident seçkilərindən sonra baş verən kütləvi iğtişaşlarla bağlı cinayət işi başlanıb.
EDNews.net APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini elan etdikdən sonra paytaxt Minskdə və ölkənin müxtəlif bölgələrində etirazlar başlayıb.
Avqustun 9-da Belarusda Prezident seçkiləri keçirilib. Belarus Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına görə, hazırkı prezident Aleksandr Lukaşenko rəqiblərini üstələyərək bütün ölkə üzrə səslərin əksəriyyətini qazanıb.
***
Belarus Respublikasını 26 ildir dövləti idarə edən Aleksandr Lukaşenkonun yenidən prezident seçkilərində qalib gəlməsi ölkədə böyük qarşıdurmalara səbəb olub.
EDNews.net xarici KİV-ə istinadən xəbər verir ki, prezident seçkilərində Lukaşenko 81 faiz səslə qalib gəlib. Bunun ardınca paytaxt Minskdəki qələbə abidəsi önünə toplaşan 300-ə yaxın adam, seçki nəticələrinə etiraz edib. Saat 21: 30-da başlayan etirazlar birdən-birə ölkənin demək olar ki, hər yerinə yayılmağa başlayıb.
İnternet və elektrik kəsilmələrini bəhanə kimi istifadə edən nümayişçilər, seçkilərin saxta olduğunu iddia ediblər. Minsk küçələrində başlayan etirazlar aksiyalarının qarşısının alınmasına polis və hərbçilər cəlb edilib.