Livan paytaxtı Beyrutda baş verən partlayışın ardından iki gündür etiraz aksiyaları və iğtişaşlar hökm sürür.
EDNews.net SalamNews-a istinadla xəbər verir ki, Beyrutun mərkəzi küçələrində xüsusilədə Şuhəda meydanında təhlükəsizlik qüvvələrilə aksiyaçılar və iğtişaşçılar arasında toqquşma baş verib.
Ötən gün axşam iğtişaşçılar İqtisadiyyat Nazirliyinin binasına da daxil ola biliblər.
Beyrut polisi son iki günün iğtişaşlarında bir təhlükəsizlik qüvvəsi üzvünün öldüyü və iki tərəfdən yüzlərlə şəxsin xəsarət aldığını bildirib.
İğtişaşçılardan onlarla saxlanılan var.