Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail diplomatik əlaqələrin qurulması barədə razılıq əldə ediblər.
TASS-ın məlumatına görə, bu tarixi hadisə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş verib.
Razılıq həm də İsrailin Fələstin ərazilərinin ilhaqını dayandırması anlamına gəlir.
BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd deyib ki, diplomatik əlaqələrin qurulması İsrailin Fələstin torpaqlarını ilhaqının qarşısını alacaq. İsrailin Baş Naziri Benyamin Netanyahu ərəb ölkələri ilə münasibətlərin normallaşmasında maraqlı olduğunu bildirib.