BMT QAK-ın hesabatı: Koronavirus qaçqınların təhsili üçün ciddi təhlükə təşkil edir dünyadakı qaçqın uşaqların yarısı təhsildən kənarda qalıb

Dünya 15:34 03.09.2020

Bu gün açıqlanmış “Qaçqınların təhsili üçün bir araya gələk” başlıqlı hesabatında BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK proqnoz vermişdir ki, COVID-19-un qaçqınların təhsilinə fəlakətli təsirlərini aradan qaldırmaq üçün beynəlxalq birlik tərəfindən təcili və qətiyyətli tədbir görülməsə, dünyanın ən həssas durumda olan bəzi icmalarında yaşayan milyonlarla gənc qaçqının potensialına əlavə təhlükə yaranacaqdır. Hesabatdakı məlumatlar 2019-cu tədris ilindən götürülmüş təhsil alanlar barədə ümumi rəqəmlərə əsaslanır.

Hər bir ölkədə uşaqlar COVID-19-un onların təhsilinə təsiri ilə mübarizə aparsalar da, hesabatda bu qənaətə gəlinir ki, qaçqın uşaqlar xüsusilə əlverişsiz durumdadırlar. Pandemiyaya qədər qaçqın uşağın təhsildən kənarda qalması ehtimalı qeyri-qaçqın uşaqla müqayisədə iki dəfə çox idi. Bu durum daha da pisləşəcəkdir – məktəblərin bağlanması, təhsil haqlarının, məktəbli formalarının və ya kitabların dəyərinin ödənilməsində çətinliklər, texnologiyalara çıxış imkanının olmaması ucbatından və yaxud ailələrinə yardım üçün işləməli olmaları səbəbindən çoxları təhsillərini davam edirmək imkanına malik olmaya bilərlər.

“Artıq dünyadakı qaçqın uşaqların yarısı məktəbə getmir”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib. “Onların məruz qaldığı bütün məşəqqətlərdən sonra bu gün biz onları təhsildən məhrum etsək gələcəklərini əllərindən ala bilərik. Pandemiyanın yaratdığı böyük problemlərə baxmayaraq, qaçqınlara və onları qəbul etmiş icmalara daha çox beynəlxalq dəstək göstərməklə biz ötən illərdə qaçqınların təhsili sahəsində əldə edilmiş böyük nailiyyətləri qorumağın innovativ üsullarını genişləndirə bilərik”.

Daha çox dəstək olmasa, məktəblərdə, universitetlərdə texniki-peşə təhsili müəssisələrində şagirdlərin sayının dayanıqlı şəkildə artması istiqamətində çətinliklə əldə edilmiş nailiyyətlər (bəzi hallarda həmişəlik olaraq) əldən verilə və Dayanıqlı inkişaf məqsədlərindən 4-cüsünə – “hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək” məqsədinə nail olmağa yönələn səylərə xələl gətirilə bilər.

Hesabatda yer alan 2019-cu ilin məlumatları dünyadakı qaçqın uşaqların yarısından çoxunu qəbul etmiş on iki ölkədən əldə edilmiş məlumatlara əsaslanır. İbtidai məktəblər ümumilikdə uşaqların 77%-ini əhatə etdikləri halda, orta məktəblər yeniyetmələrin yalnız 31%-ini əhatə edir. Ali təhsil səviyyəsində qaçqın gənclərin yalnız 3%-i əhatə olunub.

Bu statistika orta ümumi göstəricilərdən xeyli geri qalsa da, hər halda irəliləyişi özündə əks etdirir. Məktəbə yeni gedən on minlərlə qaçqın uşaqların hesabına orta təhsil müəssisələrinə qəbul artmışdır; təkcə 2019-cu ildə 2% artım olmuşdur. Lakin hazırda COVID-19 pandemiyası bu nəticənin və digər mühüm nailiyyətlərin heçə endirilməsi təhlükəsini yaradır. Qaçqın qızlar üçün bu təhlükə xüsusilə ciddidir.

COVID-19 səbəbindən tətbiq edilmiş məhdudiyyətlərə uyğunlaşmaq inkişaf etməkdə olan və ya ən az inkişaf etmiş ölkələrdə yaşayan dünya qaçqınlarının 85%-i üçün xüsusilə çətin olub. Mobil telefonlar, planşetlər, noutbuklar, rabitə və hətta radioqəbuledicilər çox zaman didərgin icmalar üçün asanlıqla əlçatan olmur.

BMT QAK, hökumətlər və tərəfdaşlar interaktiv tədris, televiziya və radio vasitəsilə və müəllimlərin və tərbiyəçilərin sağlamlığın qorunmasına dair tövsiyələrə əməl etmək şərti ilə şagirdlərlə/tələbələrlə qarşılıqlı əlaqədə olmasını dəstəkləməklə pandemiya dövründə mühüm boşluqların aradan qaldırılması və qaçqınların təhsilinin fasiləsizliyinin təmin edilməsi istiqamətində yorulmadan çalışırlar.

Hesabatda hökumətlərə, özəl sektora, vətəndaş cəmiyyətinə və digər əsas maraqlı tərəflərə çağırış edilir ki, milli təhsil sistemlərini gücləndirən, sertifikatlı təhsilə aparan yolları əlaqələndirən və təhsilin maliyyələşdirilməsinə imkan yaradan və təminat verən həll yollarının tapılması istiqamətində qüvvələrini birləşdirsinlər. Hesabatda xəbərdarlıq edilir ki, bu cür tədbirlər görülməsə bizi təhsildən məhrum olan itirilmiş qaçqın uşaqlar nəsli ilə üzləşmək riski gözləyir.

Qaçqınların təhsilinə qarşı risklər COVID-19-la məhdudlaşmır. Məktəblərə qarşı hücumlar amansız reallıqdır və getdikcə artır. Hesabatda Afrikanın Sahel regionu vurğulanır, orada zorakılıqlar 2.500-dən çox məktəbin bağlanmasına səbəb olmuşdur ki, bu da 350 min şagirdin təhsilinə təsir göstərmişdir.

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Elmira Süleymanova ilə vida mərasimi keçirilir
15:22 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
Hamısı