Vahid Milli Hərəkat partiyasının sədri Qriqol Vaşadze və Güc Birlikdədir partiyası 31 Oktyabrda keçiriləcək parlament seçkilərində Mixail Saakaşvilini baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Eurasia Diary Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Vaşadze qərarın izahatını verdikdə Saakaşvilini iqtisadiyyatı dirçəldən, effektiv dövlət strukturlarını formalaşdıran və cinayətkarlığa qarşı mübariə aparan lider olduğunu bildirib.
Qeyd edək ki, səlahiyyət müddəti bitən Saakaşvili 2013-cü ildən ölkəni tərk edib və o, bir çox maddələrə ittiham olunaraq axtarışa verilib.
Dünən Saakaşvili Gürcüstana dönmək planını bazar ertəsi açıqlayacağını bildirib.