Bearusun əsas müxalif etirazçılardan bir neçəsi bazar ertəsi itkin düşüb.
Eurasia Diary Euronews-a istinadən xəbər verir ki, Belarus müxalifətinin Kordinasiya Şurasının rəhbəri Mariya Kolesnikova Minskdə tanınmayan şəxslər tərəfindən kiçik avtobus vasitəsi ilə qaçırılıb.
Qeyd edək ki, onun yoxluğu təxminən 100 min vətəndaşın qatıldığı bazar günü etirazlarından sonraya təsadüf edir.
Şuranın mətbuat xidməti Kolesnikovanın saxlanıldığından qorxduqlarını bildirib. Onların sözlərinə görə şuranın digər 2 üzvü İvan Kravtsov və Anton Rodnenkov ilə də əlaqə itib.
Litvanın Xarici İşlər naziri Linas Linkvecius öz Twitter səhfəsində Kolesnikovanın itgin düşməsi ilə bağlı paylaşım edərək dərhal onun azad olunmasını tələb edib.
Instead of talking to the people of #Belarus, the outgoing leadership is trying cynically eliminate one by one. The kidnapping of M.Kalesnikava in downtown of #Minsk is a disgrace. Stalinist NKVD methods are being applied in 21st century’s Europe. She must be released immediately
— Linas Linkevicius (@LinkeviciusL) September 7, 2020
Belarus Daxili İşlər Nazirliyi isə Kolesnikovanın onlar tərəfindən həbs edilmədiyini bildirib.