Sentyabr ayının 10-15 aralığında Rusiya və Serbiya qoşunları birgə hərbi təlimlər üçün Belarusa gələcək.
Eurasia Diary TASS agentliyinə istinadən xəbər verir ki, bu təlimlər “Slavyan Qardaşlığı-2020” adı altında keçiriləcək.
“Rusiya-Serbiya-Belarus birgə təlimləri Belarusun Brestski 38-ci Hava Briqadasında keçiriləcək”, deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
Nazirliyin verdiyi məlumata görə təlimlərdə terrorizmlə mübarizə məşqləri keçiriləcək.