Belarus Prezidenti Aleksandr Lukaşenkonun hakimiyyətinə qarşı aparılan hərəkatın əsas simalarından olan Mariya Kolesnikovanın Ukrayna sərhəddində saxlanıldığı bildirilib.
Eurasia Diary BBC-yə istinadən xəbər verir ki, Belarus mətbuatına görə bu gün erkən saatlarda Kolesnikova Ukrayna sərhəddinə keçmək istəyəndə saxlanılıb.
Lakin Ukrayna mətbuatı isə onun hökumət qüvvələri tərəfindən ölkəni tərk etmək təzyiqlərinə məruz qaldığı söylənilib. Kolesnikova Belarusu tərk etməmək üçün isə öz vəsiqəsini cırıb və bununla da Ukrayna tərəfi onu qəbul edə bilməyib.
Ukrayna Daxili İşlər naziri Anton Qreşçenko bu hadisəni təsdiqləyib. O, öz Facebook hesabında verdiyi məlumatda Kolesnikovanın güc strukturlarına qarşı duruşunu qeyd edib.
Qreşçenko Lukaşenkonun onun həyatı və sağlamlığına görə məsuliyyət daşıdığını bildirib.
Qeyd edək ki, Kolesnikovanəın yeri və vəziyyəti ilə bağlı məlumat yoxdur.